Zəhərlənmələr zamanı nə etməli? - İLK YARDIM

Zəhərlənmələr zamanı nə etməli? – İLK YARDIM
Want create site? Find Free WordPress Themes and plugins.

Hər hansı bir kimyəvi, üzvi və fiziki maddə orqanizmə daxil olduqdan sonra yerli və ümumi zədələnmə meydana gətirirsə, ölümə səbəb olursa, bu maddə zəhər, proses isə zəhərlənmə adlanır.

Əlamətlər: Yerli – sancılan, dişlənən, zəhərin təmas etdildiyi yerdə qızartı, şiş, ağrı,qaşınma meydana gəlir. Ümumi – Bədən hərarəti yüksəlir, bütün bədəndə qızartı,qaşıntı əmələ gəlməsi, tənəffüsün cətinləşməsi, nəbzin sürətli və səthi olması, baş ağrısı, qulalarda cingilti, halsızlıq, özündəngetmə, şüurun itməsi, şok və ölüm.

Zəhər bədənə qəsdən və qəza ilə daxil ola bilər. Zəhərin daxil olmasının 4 yolu var : Həzm, tənəffüs,dəri və qan yolu ilə…

HƏZM YOLU ZƏHƏRLƏNMƏLƏR…

Ağız yolu ilə alınan hər cür zəhərli təsiri olan maddələrlə meydana gəlir – boyat yeməklər,dərmanlar, alkoqollu içkilər, korroziv yandırıcı maddələr və ya allergik reaksiya törədən maddələr.

İlk yardım

Əgər zəhərin daxil olmasından hələ 30 dəqiqə keçməyibsə qusdurulur.Qusdurmaq üçün yardım edən öz barmağı ilə dil kökünün qıcıqlandıraraq zəhərlənəni qusdurur. İlıq su içirərək də (özü içməlidir) qusdurmaq olar.

DİQQƏT ! Turşu və ya qələvi (korroziv maddə), neft tərkibli maye içibsə və huşu aydın deyilsə qusdurulmaz !

Qusdurduqdan sonra və qusdurlmayacaq hallarda soyuq və ya ilıq su içirilir. Xəstəxanaya aparılır. Xüsusilə korroziv maddə içən insanları, xüsusilə xəstəxanaya çatdırmaq vacibdir.

Nə edəcəyinizi bilmədiyiniz hallarda təcili yardıma müraciət edin. Zəng vurmadan öncə bu bilikləri toplayın: Zəhərlənmə nə ilə meydana gəldi? Zəhərləyici maddənin qutusu və ya anatasiyasını yanınızda saxlayın. Qutuda, şüşədə hansı miqdarda maddə qalıb,əvvəl nə qədər idi, ətrafa saçılıbmı? Zəhərli maddə nə zaman qəbul olunub, hazırda xəstənin halı necədir?

QİDA ZƏHƏRLƏNMƏLƏRİ…

Bakteriya və onların toksinləri ilə törənən zəhərlənmələridir. Mədə bulantısı, qusma, kramp şəklində qarın ağrısı və ishal ilə müşahidə olunur.

Salmonella

Bakteriya ilə kontaminasiya olunmuş ət, süd, yumurta ilə zəhərlənmə baş verir. Yedikdən 12-24 saat sonra mədə bulanması, qusma, qarın ağrısı, ishal kimi əlamətlər üzə çıxır. 2-3 günə öz-özünə keçir. Antibiotik verilmir.

İlk yardım

İshal və qusma səbəbindən dehidratasiya əmələ gəldiyindən çoxlu maye qəbul edilməlidir.

Stafilakokk

Tez-tez rast gəlinən qida zəhərlənməsidir. Karbohidratlı, südlü,şəkərli qidalarla (dondurma, mayonez və s.) meydana gələn zəhərlənmələrdir, yedikdən 2-6 saat sonra mədə bulantısı, qusma şəklində özünü göstərir. 4-6 saat ərzində keçib gedir…

Belə halların yaşanmaması üçün südlü şirniyatların və qaynadılmadan bişirilən yeməklər hazırlandıqdan sonra uzun müddət saxlanmamalıdır.

Clostridium perfringens

Hazırlanan yeməklərin uzun müddət otaq temperaturunda saxlanması və kifaəyət qədər soyuqda saxlanmaması nəticəsində bu bakteriyalar artıb çoxalır və ya bakteriyaların yoluxduğu balıqların yeyilməsi zamanı zəhərlənmə baş verir.Yedikdən 8-10 saat sonra mədə bulantısı qarında kramplar şəklində ağrı, ishal ilə təzahür edir. 24 saat ərzində keçib gedir.

İlk yardım

Dehidtasiya baş verməməsi üçün bol maye içirdilir, duz və elektrik itkisini aradan qaldırmaq üçün bir stəkan suya duz və soda qarışdıraraq içirilir.Duzlu ayran, meyvə suyu, mineral su içmək olar.Su daha yaxşıdır.

Yaxşı yuyulmamış, yemək qalıqları qalmış qablar zəhərlənmə mənbəyidir!

Clostridium Botilinium

Yaxşı konservləşdirilməmiş qidalardan törənən ən təhlükəli və hətta ölümcül zəhərlənmələrdir.Yedikdən 24 saat sonra əlamətlər görülür. İshal olmur, qəbizlik ola bilər. Şiddətli halsızlıq, gücün itməsi, hətta ölüm baş verə bilir.

Əlamətlər: Ağız və boğaz quru və ağrılı olur.Gözlərin foksu pozulur, ikili görmə, bulanıq görmə ola bilir. Halsızlıq, udma və danışmada çətinlik, gücsüzlük, gözlərin hərəkətinin məhdudlaşması, göz bəbəklərinin genişlənməsi, tənəffüs əzələlərinin sinir tənziminin pozulması, tənəffüsün və nitqin çətinləşməsi,başın ön hissəsində ağrılar.

İlk yardım

ABC kontrol edilir, davamlılığı təmin edilir. İmkan varsa oksigen verilir. Süni tənəffüs verilə bilər.Təcili xəstəxanaya çatdırılmalıdır, antitoksin vurulmalıdır.

TƏNƏFFÜS YOLU ZƏHƏRLƏNMƏLƏRİ…

Dəm qazı,duman və digər zəhərli qazlarla nəfəs alma nəticəsində görülür. Əlamətlər: Baş ağrısı, başgicəllənmə, qulaqlarda cingilti, özündəngetmə, mədə bulanması, qusma, dəri rənginin dəyişməsi.

İlk yardım

Qaz mənbəyi bağlanır, hava dəyişilir, xəstə təmiz havaya çıxarılır.Üzünə su vurulur,qolları açıb- bağlamaqla hərəkət etdirilir, ehtiyac varsa süni tənəffüs və ürək masaj edilir. Xəstəxanaya çatdırılmalıdır.

DƏRİ YOLU İLƏ ZƏHƏRLƏNMƏ

Kremlər, tozlar, mayelər ilə təmas nəticəsində, dişləmə, sancma, inyeksiya ilə meydana gəlir. Zəhərin təsir səviyyəsinə görə yerli və ümumi əlamətlər müşahidə olunur .

İlk yardım

Maddə krem və ya toz şəklindədirsə bol su ilə yuyulur,yara varsa steril tənziflə örtülür.Yerli əlamətlər getdikcə atrır, ümumi əlamətlər meydana çıxmağa başlayıbsa tez bir zamanda xəstəxanaya çatdırılmalıdır.Allergik şoka qarşı tədbir görülməlidir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar