Zəhrasız ilk gün - Alxanlıdan ürəkdağlayan görüntülər - FOTOLAR - VİDEO

Zəhrasız ilk gün – Alxanlıdan ürəkdağlayan görüntülər – FOTOLAR – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.
Əli qana bulanmış erməni işğalçıları Alxanlıda təxribat törətməklə təkcə 2 yaşlı Zəhranı qətlə yetirmədilər, onun valideynlərinin, doğmalarının ümidlərini, arzularını da öldürdülər.
Dünən sevinc dolu baxışlarla anasına boylanan, varlığı ilə atasına dünyalar bəxş edən Zəhra artıq həyatda yoxdur. O, ömrünün 18-ci ayında erməni vandalizminin qurbanı oldu.
Ölümü ilə hər kəsi dəhşətə gətirən Zəhradan geridə yalnız onun oyuncaqları və xatirələri qaldı…
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb. Hazırda ailədə yas mərasimi keçirilir.

Azvision.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar