Zəlimxan Yaqubun abidəsi ucaldıldı - FOTOLAR

Zəlimxan Yaqubun abidəsi ucaldıldı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Xalq şairi Zəlimxan Yaqubun ölümünün ildönümündə məzarüstü abidəsinin açılışı olub.

 A24.Az xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca, millət vəkili Rəfael Hüseynov və şairin ailə üzvləri iştirak edib.

Mərasimdə çıxış edən Rəfael Hüseynov Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Z. Yaqub böyük şair və vətənpərvər insan olub: “Zəlimxan Yaqub bu gün abidəyə çevrilərək Azərbaycana və Azərbaycan ədəbiyyatına qayıtdı. O, böyük şair olmaqla bərabər, həm də xalqını və millətini sevən böyük insan idi”.

Professor Qəzənfər Paşayev, millət vəkili Nizami Cəfərov Zəlimxan Yaqubun “Peyğəmbər”, “Əbədiyyət Dastanı”, “Saz” poemalarının ədəbi dəyərindən danışıb, onu müstəsna şəxsiyyət kimi dəyərləndiriblər.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar