Zəlzələ İtaliyanı dağıtdı

Zəlzələ İtaliyanı dağıtdı
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyada güclü zəlzələ baş verib. A24.Az-ın məlumatına görə, yeraltı təkanlar paytaxt Romaya 170 km məsafədə yerləşən Reita vilayətində, Tern şəhərində olub. Lakin bir neçə şəhər zəlzələdən əziyyət çəkib. Gecə saatlarında baş verən zəlzələnin maqnitudası 6,2 bal olub. İlkin məlumata görə azı 14 nəfər həyatını itirib. Dağıntılar altında hələ onlarla insanın olduğu bildirilir.

Məhz bu səbəbdən ölü sayının artacağı da istisna edilmir. Zəlzədən sonra sürüşmə olub. Nəticədə 3 mindən çox insanın yaşadığı Amatriçe qəsəbəsi demək olar ki, tamamilə dağılıb. Şəhərin meri Serjio Pirotssinin sözlərinə görə, əsas ziyana səbəb zəlzələdən sonra baş verən sürüşmə olub.

epa05508134 A general view shows damaged buildings after an earthquake hit central Italy, in Amatrice, Italy, 24 August 2016. A 6.2 magnitude earthquake hit 10km South East of Norcia, central Italy, early 24 August. EPA/EMILIANO GRILLOTTI

İtaliyada sonuncu dəfə güclü zəlzələ 2009-cu ildə Lakuile şəhərində olub. O zaman təbii fəlakət 300 nəfərin ölümünə səbəb olmuşdu.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar