Zəlzələdə Azərbaycanın bəxti gətirib - Rusiyaya yaxınıq, hər yer dağılsa da ora dağılmayacaq - FOTOREPORTAJ

Zəlzələdə Azərbaycanın bəxti gətirib – Rusiyaya yaxınıq, hər yer dağılsa da ora dağılmayacaq – FOTOREPORTAJ
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakıda 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisi baş tutdu. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionunda həyata keçirilən tədbirdir.

“A24.az” saytı olaraq dəvət aldığımız sərgidə stendləri gəzərkən tanınmış ekoloq, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovla qarşılaşdıq. Hər zaman maraqlı açıqlamaları ilə insanları ayıq-sayıq olmağa səsləyən alim bu dəfə də araşdırmaları ilə bizi bir xeyli düşündürdü.

Ayaqüstü Telman müəllimdən aldığımız qısa müsahibəni təqdim edirik:

-Telman müəllim, noyabrın 12-də dünyanın 4 yerində, xüsusən də İran-İraq sərhəddində yaşanan zəlzələdən danışardıq. Təbiət hadisəsidir, yoxsa … ?

-Zəlzələ baş verirsə, bir ay və ya ay yarımdan qabaq orda yaşayan canlı aləm bunu hiss edir və oranı tərk edirlər. Əgər orda yaşayan insanlar da yavaş-yavaş oranı tərk edirsə, gözləyirlər ki, nəsə baş verəcək. Sakinlər ərazini tərk etməyiblərsə, dövlət zəlzələ haqqında məlumatı verə bilməyibsə, deməli silahlardan istifadə ediblər.

Silah da elə bir şeydir ki, onu heç kəs bilə bilməz. Heç kəs də sübut edə bilməz.

Zəlzələlərlə yanaşı qasırğalar, tufanlar, sellər, görsəniz ki, qəflətən baş verir, bax o, silahın gücüylədir.

XXI əsr fırıldaqçıların əsridir. Bütün dünyada hakimiyyəti əllərinə alıblar və hamıya onlar əmr edirlər.

Su qıtlığını ortalığa atıblar. Deyirlər ki, Azərbaycan 2030-cu ildə su qıtlığı ilə üzləşəcək. Bu, tamamilə yanlış fikirdir.

Niyə zəlzələnin silah yolu ilə baş verdiyini sübut etmək olmur?

-Bilirsiniz, bu hadisələr qəflətən olur. Çünki elektromaqnit dalğasını göyə – strotosferaya, ordan da ionasferaya buraxırlar. İonasferada isə plazmoidlər var. Yəni oranın gözə görsənməyən öz buludları var. Onlara 15-20 milyon istilik, enerji və ya şüa buraxıb elə qızdırırlar ki, onlar genişlənib 100 – 500 km olurlar. Bundan sonra da elektromaqnit dalğası ilə istədikləri yerə yönəldirlər və həmin yeri vururlar.

Yaponiyada zəlzələni “onlar” törədiblər. Bu reallıqdır. Bu haqda mən açıqlama vermişəm və məqalə də yazmışam.

Maqnit qasırğalarına gəldikdə, əgər Günəş yatır və üzərində ləkələr azdırsa, deməli orda partlayış da olmayacaq, qasırğalar da… Bizə maqnit qasırğasını Günəş göndərir. Bunlar isə burda süni surətdə həmin qasırğanı yaradırlar.

Dünyanın ən məşhur alimləri deyirlər ki, qlobal istiləşmə gedir. Axı “qlobal istiləşmə” adında, ümumiyətlə termin yoxdur. Dünyada gedən iqlim dəyişmələridir ki, hər 70-80 ildən bir iqlim dəyişmələri baş verir. Mən Bakıda doğulmuşamsa, Bakıda yaşamışamsa, 1954-55-ci illərdə şaxtanı da görmüşəm, 45-50 dərəcəlik istini də görmüşəm. Amma bu günləri şaxtalı, isti yay havalarını çox şişirdirlər, çünki bunlar kommersiya oyunlarıdır.

Əvvəllər hava problemini ortalığa atdılar, zavod və fabriklər bağlandı. Nəticədə gənclərimizin 90 faizi işsiz qaldı. İndi isə su probleminə əl atıblar. Səbəb adicə 1 litr suyu benzindən baha satsınlar deyə…

Şuar var: “Kasıb nə vaxt varlanacaq? Dilənçi nə vaxt tox olacaq? Nə vaxt ki, oliqarxlar tox olanda. Vəssalam, bu reallıqdır, bunu danmaq olmaz, bütün dünyada belədir.

QASIRĞA QƏFLƏTƏN BAŞ VERƏ BİLMƏZ!

Ekvatordan passat küləklər gəlir. Bir hissəsi şimala doğru, digər hissəsi isə cənuba doğur hərəkətdə olur. Bu hərəkətlər nəticəsində buxarlanma gedir.

Deyirlər Qolfstrim cərəyanı ölüb. Onu kim öldürə bilər? Dünyanın nə qədər çayları varsa, onların axdığı sürətlərin hamısını bir yerə yığsaq Qolsftrim cərəyanının sürətinə barəbərdir. Onun qabağını kəsmək olar? Sadəcə onun istiqamətini buzları əritmək üçün Şimala doğru yönəltdilər. Bu oyundur. Nə qədər buzlaqları əridəcəksənsə, okeanın səviyyəsi qalxacaq, amma ən çox 5-6 metr qalxacaq, ondan yuxarı qalxan deyil.

-Bu proseslər də silahla həyata keçirilir?

-Əlbəttə… Dünyada iki nəhəng dövlət var: ABŞ və Rusiya. Amma ABŞ-da Rusiyada olduğu qədər silah yoxdur.

-Bəs təbiətə müdaxilə ancaq hava yolu ilə mümkündür, yoxsa başqa yolları da var?

-Xeyir, aşağıda da olur. Adicə TESLA enerjini nəqliyyatsız filansız qitənin bir hissəsindən digər hissəsinə göndərə bilər.

– Nəhayət, gələk son zamanların ən düşündürücü sualına: ZƏLZƏLƏ SÜNİ ŞƏKİLDƏ NECƏ YARADILIR?

-Yerin altında nə qədər istəsəniz boşluqlar var. O boşluqlara isə qaz yığılır. Adicə bir avadanlıqla həmin boşluqlara elektromaqnit dalğası yönəltdinsə, başlayır həmin yerdə silkələnmə getməyə. Harda boşluq varsa, bərk silkələnəcək, o zaman dərhal elektromaqnit dalğasını dayandırmaq lazımdır. Çünki partlayış baş verə bilər, zəlzələ ola bilər. İlk dəfə TESLA bunu 1902-ci ildə həyata keçirtdi və sübut elədi ki, bunu süni surətdə etmək olar. Bu kimi silahlar bu gün əksər ölkələrdə var. Həmin silahların əksəriyyətinin sənədlərini Rusiya və Amerika oğurlayıb. Deyirlər ki, istədiyimiz vaxt bütün dünyanı altını üstünə çevirə bilərik. Amma elə deyil axı. Nə edirlərsə, Allah tala da onların başlarına gətirir.

Amma bizim bəxtimiz onda gətirib ki, Rusiyaya yaxınıq. Hər yer dağılsa da ora dağılmayacaq. Çünki onlar düz Yer kürəsinin nüvəsi ilə paralel yerləşir. Hərəkət etmirlər. Nüvə hərəkət etsə, onlar da hərəkətdə olacaq.

-Bəs ötən ay Ammerikada yaşanan fırtınalardan, qasırğalardan nə deyə bilərsiniz? Təbii proseslər idi?

-Xeyir! Onu Amerika üçün Rusiya göndərmişdi. Deyir “bəsdir bizi sınaqdan keçirtdin”. Rusiya da qasırğaları Amerika üçün göndərdi. Bundan başqa Amerikanın özü də özününkülər üçün qasırğa göndərir. Onun üçün fərqi yoxdur, millət qırılırsa qırılsın. Onun üçün əsas pul qazanmaqdır. Bu dövr silahlar dövrüdür.

Rusiyada Suğradır, rus dilində “Yastrip” adında avadanlıqlar var. Amerika və Alyaskada da belə avadanlıqlar mövcuddur. Onların vasitəsi ilə şüanı elektromaqit dalğaları ilə yuxarı göndərir və dünyanın istədiyi nöqtəsini vurub dağıdırlar. Beləliklə, həmin silahların gücünə istəsələr zəlzələ yaradırlar, vülkan püskürdürlər, sünami, qasırğa və sair törədirlər. Hər bir şeyə silah yolu ilə müdaxilə edirlər.

Müxbir: Firuzə Alimova

Fotolar: Nərmin Kərim

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Texnologiya, Araşdırma, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar