Zərdabda ər arvadını və baldızını bıçaqlayıb

Zərdabda ər arvadını və baldızını bıçaqlayıb
Want create site? Find Free WordPress Themes and plugins.

Zərdabda ər arvadını və baldızını bıçaqlayıb.

A24.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Bıçaqçı kəndində baş verib. Kənd sakini Təhməz Şamilov ailə münaqişəsi zəminində həyat yoldaşı 51 yaşlı Maya Allahverdi qızı Şamilovaya və onun bacısı 27 yaşlı Roza Allahverdi qızı Məmişovaya bıçaqla xəsarət yetirib. Hər iki yaralı təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən T. Şamilov könüllü olaraq Zərdab Rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar