Zibil qabına atdığımız "dərmanlar" - MARAQLI

Zibil qabına atdığımız “dərmanlar” – MARAQLI
Want create site? Find Free WordPress Themes and plugins.

Hər gün biz özümüz də bilmədən bir çox müalicəvi təsirə malik olan dərmanları atırıq. Dərman dedikdə biz kimyəvi təsirli preparatları yox, hər gün mətbəxtdə istifadə etməyib zibilliyə atdığımız qida artıqlarını nəzərdə tuturuq. Hansı ki, bu qida artıqları mətbəxtdə yemək hazırlayarkən artıq qalır və biz onlardan istifadə etmirik. Bəs bunlara nələr aiddir?
Yumurta qabığı
A24.Az immunitet.az-a istinadən bildirir ki, yumurta qabığı dırnaqların qopması, diş qanaxmaları, astma, artrit, opsteoparoz, sümüklərdə tez-tez baş verən sınmalar, revmatizma zamanı faydalıdır. Yumurta qabığını əzib toz halına gətirilmiş halı hər gün hamilə qadının yeməyinə qatılarsa, o hamiləlik zamanı kalsium çatışmazlığından əziyyət çəkməz. Bu 6 yaşına qədər uşaqlar üçün də keçərlidir. Bunu əldə etmək üçün yumurta qaynar suda yaxşı yuyulur, içərisi boşaldılır, pərdəsi çıxarılır. Sonra yumurtanın qabığı uşaqlar üçün hazırlananda sobada, böyüklər üçün isə kölgədə qurudulur. Daha sonra isə qəhvəüyüdəndə üyüdülür və toz halına gətirilir. Üyüdülmüş yumurta qabığı tünd rəngli şüşə qabda saxlanılır.
Kartof qabığı
Kartof qabıqlarını 10 dəqiqə qaynadıb suyunu soyuduqdan sonra içmək arterial təzyiqi aşağı salır. Bunun üçün gündə 4 dəfə 2 xörək qaşığı yeməkdən əvvəl bu suyu içmək lazımdır. Kartof qabıqlarının qaynadıldığı su ilə inhalyasiya edildikdə bronxit əlamətləri azalır və öskürək kəsilir. Kartof qabıqlarını suya qatıb tam həll olana qədər qaynadıb və əldə edilən horranı sinə və kürək nahiyəsinə kompores kimi qoyduqda bəlgəm yumşalır və bronxlardan qopub xaric olur.
Soğan qabıqları
Soğan qabığından hazırlanan dəmləməni angina zamanı boğaza qoyduqda ağrı azalır. Həmin dəmləmə ilə ağız boşluğunu qarqara etdikdə stomatit, parodontit və angina əlamətləri aradan qalxır. Dəmləməni hazırlamaq üçün 3 xörək qaşığı xırdalanmış soğan qabığı yarım litr soyuq suya salınıb qaynadılır və üstü örtülüb 4 saat dəmlənir. Sistit zamanı 3 çay qaşığı xırdalanmış soğan qabığı 2 stəkan suda qaynadılır və 30 dəqiqə dəmlənir. Gündə 2 dəfə, hər dəfə ¼ stəkan dəmləmədən 4-5 gün içilir.
Qarpız tumu
Osteoxondroz zamanı 400-500 qram təzə qarpız tumu salınmış isti suda vanna qəbul eləmək xəstəliyin əlamətlərini azaldır. Müalicə müddəti 15 vannadan ibarətdir. Orqanizmdə şişkinliklər olduqda qarpız tumu sidikqovucu təsir göstərir. Bu zaman 1 hissə xırdalanmış qarpız tumu 10 hissə suda qaynadılır və gündə 3-4 dəfə, hər dəfə yarım stəkan qəbul edilir.
Qapızın saplağına yaxın olan yaşıl hissəsi dairəvi kəsildikdə 80-100 qram yaşıl hissə yarım litir qaynar suya salınır. Soyuduqdan sonra gündə 4-5 dəfə yarım stəkan içildikdə yoğun bağırsaqlardakı iltihabi proses aradan qalxır. Qarpız tumlarını yedikdə orqanizmin cinsi həvəsi artır.
Yemiş tumu
Yemiş tumu angina və bronxit zamanı boğaz ağrılarını kəsir və sinəni yumşaldır. Yemiş qabıqları salınmış su ilə vanna qəbul etdikdə dəridə olan allergiya əlamətləri aradan qalxır. Müalicə kursu 7-10 vannadan ibarətdir. Yemiş tumları cinsi zəifliyi aradan qaldırır.
Banan qabığı
Banan qabığını kəsilmiş, cızılmış, zədədən göyərmiş nahiyəyə qoyduqda həmin hissə tez sağalır.
Sitrus bitkilərinin qabıqları.
Sitrus qabıqları vasitəsilə vanna qəbul etdikdə sinir sistemi sakitləşir. Bu qabıqları xırda doğrayıb qızdırıcı sobanın üstünə qoyduqda evin havası təmizlənir.
Nar qabıqları
Nar qabıqlarını qaynadıb ağız boşluğunu qarqara etdikdə diş əti qanaxmaları dayanır, ağız boşluğunda olan iltihabi proseslər aradan qalxır. Bunun üçün 1 xörək qaşığı xırdalanmış nar qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edilir və 30 dəqiqə qaynadılır. Nar qabığı və tumunun əzməsindən hazırlanan məlhəm ekzemanı sağaldır. Nar qabığı dəmləməsi bağırsaq infeksiyaları zamanı da çox faydalıdır. Həkimlər hormonal pozğunluqları olanlara nar yeyərkən onun çəyirdəyini də çeynəyərək əzib yeməyi məsləhət bilirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar