Zidan ən yaxşı baş məşqçi seçildi – Fransada

“France Football” nəşri 2016-cı ilin ən yaxşı fransız baş məşqçisinin adını açıqlayıb.

A24.Az xəbər verir ki, qəzetin versiyasına əsasən, ötən il Fransanın ən yaxşı məşqçisi “Real”ın çalışdırıcısı Zinəddin Zidan seçilib.

“Zizu” ötən il “Real”la Çempionlar Liqasını, Avropa Super Kubokunu və Klublararası dünya çempionluğunu qazanıb.

Qeyd edək ki, “kral klubu” 44 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsümdə keçirdiyi oyunlarda məğlubiyyət üzü görməyib.(Apasport.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR