Zidan və Messi DÇ-2018-in rəsmi topunu təqdim edəcəklər

Zidan və Messi DÇ-2018-in rəsmi topunu təqdim edəcəklər
Want create site? Find Free WordPress Themes and plugins.

Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan, “Barselona”nın hücumçusu Lionel Messi və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Xabi Alonso 2018-ci il futbol üzrə dünya çempionatının topunun rəsmi təqdimatında iştirak edəcəklər.

A24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, tədbir noyabrın 9-da Moskvada keçiriləcək.

Dünya çempionatının rəsmi topu “Adidas” şirkəti tərəfindən hazırlanıb.

Qeyd edək ki, futbol üzrə XXI dünya çempionatı Rusiyada gələn il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar