Zimbabvedə nə baş verir? - Hərbi çevriliş?

Zimbabvedə nə baş verir? – Hərbi çevriliş?
Want create site? Find Free WordPress Themes and plugins.

Zimbabve hərbçiləri ölkənin paytaxtı Xararedə baş verənlərin hərbi çevrilişlə heç bir əlaqəsi olmadığını bəyan ediblər.

A24.Az  Trend-ə  istinadən xəbər verir ki,  xarici telekanala açıqlamalarında hərbçilər aparılan əməliyyatların ölkədə cinayətkar qruplara qarşı olduğunu deyiblər.

Qeyd edək ki, bundan öncə hərbçilərin Zimbabvedə “ZBC” dövlət telekanalını ələ keçirmələri barədə məlumat verilib. Məlumata görə, hərbçilər binanı nəzarətə götürərək, giriş-çıxışa məhdudiyyətlər qoyublar. Dövlər telekanalının yaxınlığında hərbçilər tərəfindən blokpostlar qurulduğu bildirilib.

Eyni zamanda Prezident Sarayı ətrafında da nəzarətin gücləndirildiyi bildirilib.

Qeyd edək ki, daha öncə isə paytaxt istiqamətində zirehli maşınların hərəkət etdiyi barədə xəbər verilmişdi.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar