Zorlayaraq öldürdükləri qadını..."Bomj"lar məhkəmə qarşısında

Zorlayaraq öldürdükləri qadını…”Bomj”lar məhkəmə qarşısında
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda qətl törətməkdə ittiham edilən səfil həyat tərzi keçirən şəxslərin məhkəməsi başlayıb.

A24.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Dimitri Razumni və Samir Zeynikovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, Samir Zenyukov Rusiya vətəndaşıdır.

Məhkəmə hazırlıq iclasının davamı noyabrın 22-nə təyin edilib.

Qətl hadisəsi bu il aprelin 30-da Səbail rayon Neftçilər prospektində mənzildə baş verib. Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitri Razummı ilə bir evdə yaşayıb.

İttihama görə, səfil həyat tərzi sürən şəxslər tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Yeyib-içdikdən sonra Samir Zenyukov Yelena ilə cinsi əlaqədə olmaq istəyib.

Rəsmi ittihama görə, mərhum Yelena buna etiraz edib və evin dəhlizinə çıxıb. Samir Zenyukov da Yelenanın arxasınca dəhlizə çıxaraq onun baş və bədən nahiyələrinə yumruq və təpiklə vurub.

İttihama görə, Dmitri Razumnı da dostu Samirə kömək edərək qadını döyərək soyundurub və divana uzadıb. Bu zaman qadın özündən gedib. Samir Zenyukov Yelenaya seksual xarakterli hərəkətlər edib və yatıb.

İttiham aktında qeyd olunur ki, gecə saat 4 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi əlaqə olmaq istəyib. Amma bu zaman qadının öldüyünü bilib. O, dostu ilə birlikdə qadının paltarlarını əyninə geyindirək evdən çölə çıxardaraq həyətə qoyublar.

Yelena Sandrandinovanın meyiti sakinlər tərəfindən aşkarlanıb və polisə məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitri Razumnı həbs edilib.

Qeyd edək ki, təqdirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə) , 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6 (zorlama ilə adam öldürmə), 120.2.9 (köməksiz vəziyyət olan şəxsi öldürmə), 29.149.2.1 ( bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4 (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1 (sexsual xarakterli hərəkət törətmək), və 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham edilirlər.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar