A24 Xeber

Сənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 37-yə çatdı

Сənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 37-yə çatdı
573
21 Mart 2017 - 9:01

Сənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 37-yə çatıb.

A24.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 14 nəfərin yaralandığı bildirilirdi. Yaralıların həyatlarına təhlükə olmadığı bildirilir.

“South Supreme Airlines” aviaşirkətinə məxsus, daxili uçuş həyata keçirən An-26 sərnişin təyyarəsi ötən gün havaya qalxdıqdan sonra yerə çırpılıb və yanıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub. Ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, təyyarədə olanların hamısı sağ qalıb. Qəzanın səbəbləri araşdırılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00