​Azərbaycan Ukraynadan 25 mln. dollar məbləğində siqaret idxal edib

​Azərbaycan Ukraynadan 25 mln. dollar məbləğində siqaret idxal edib
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan 2016-cı ilin yanvar-iyul ayları ərzində Ukraynadan 25 milyon dollar məbləğində siqaret idxal edib.
“A24.az” “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, bu məbləğ Ukraynanın göstərilən dövr ərzində siqaret, siqar və papiros ixracının ümumi həcminin 16,99%-ni təşkil edib. Azərbaycan idxalçı ölkələr arasında üçüncü yeri tutub.
Siyahının birinci pilləsində Yaponiya (31,9 mln. dollar./ 22,02%), ikinci pilləsində isə Gürcüstan (27,5 mln. dollar./18,92%) qərarlaşıb.
Ukrayna 2016-cı ilin yanvar-iyul ayları ərzində 145 mln. 279 min dollar həcmində tütün məmulatları ixrac edib.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar