​Moskvada 100 mln. rublluq fırıldaqçılıqda şübhəli bilinən 5 nəfər həbs edilib

​Moskvada 100 mln. rublluq fırıldaqçılıqda şübhəli bilinən 5 nəfər həbs edilib
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın paytaxtı Moskva şəhərində 100 milyon rublluq fırıldaqçılıqda şübhəli bilinən 5 nəfər həbs edilib.

“A24.az”-ın məlumatına görə, “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskvanın Tver rayon Məhkəməsi paytaxt sahibkarından 100 milyon rubl tələb etməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar qrupun 5 üzvünü həbs edib. Bu barədəDaxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk agentliyə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin iki əməkdaşı da var. Məhkəmə onlar barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Polis şübhəli şəxslərin mənzilində axtarış zamanı silah-sursat, xidməti vəsiqələr aşkar edib.

DİN rəsmisi əlavə edib ki, istintaq orqanları cinayətkar qrupun fəaliyyəti nəticəsində zərər çəkmiş şəxslərin sayının xeyli çox olduğunu güman edir.

“Zərərçəkənlkərin dəqiq sayı araşdırmalar zamanı məlum olacaq”, – deyə İrina Volk bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar