A24 Xeber

​Saytlardan necə alış-veriş etməli? – Bunları MÜTLƏQ OXUYUN!

​Saytlardan necə alış-veriş etməli? – Bunları MÜTLƏQ OXUYUN!
66
31 Yanvar 2018 - 17:12

Dünyanın ən məşhur elektron ticarət platformaları olan “AliExpress” və “eBay”dan alış-veriş edərkən bəzi məqamlara diqqət etmək lazımdır.

Belə ki, həmin saytlardan alış-veriş edən insanlar bəzən məhsulun keyfiyyəti və çatdırılmasından narazı qalırlar. Bu cür problemlərlə qarşılaşmamaq üçün alış-veriş edərkən bir neçə məqamı bilməyimiz vacibdir.

İKT İnformasiya Mərkəzinin direktoru Fərid KazımoMetbuat.az-a açıqlamasında qeyd olunan məqamlardan söz açıb:

““AliExpress”, “eBay” saytlarındakı satıcılar saytın öz işçiləri deyil. Burada müxtəlif ölkələrdən olan satıcılar qeydiyyatdan keçərək istədikləri məhsulu sata bilərlər. Bu saytlardan məhsul almaq istəyən hər bir insan ilk növbədə satıcıların və almaq istədikləri məhsulun reytinqinə baxmalıdır. Bunu üçün nə etmək lazımdır? “eBay”, yaxud “AliExpress” saytına daxil olarkən məhsulların reytinqini görürsünüz. Bu reytinq 5 pilləlik qiymətləndirmə şəklində görülür. Qiymətləndirmə həmin məhsuldan alan insanların razılığını göstərir. İkinci məsələ, satılan məhsulun sayına fikir vermək lazımdır. Məhsulun satış sayı çoxdursa, deməli insanlar həmin satıcı və satılan məhsuldan razıdırlar. Bu nöqteyi nəzərdən, ilk növbədə almaq istənilən məhsulun retinqinə və satış sayına baxmaq lazımdır. Satılan məshsulun sayı çox, reytinqi yüksəksə, o zaman həmin məhsulu ala bilərsiniz. “Amazon” saytında isə yanaşma başqa cürdür. Bu saytda məhsulun reytinqinə fikir verilir.

Qeyd etmək lazımdır ki, məhsulun reytinqinə yalnız onu alan adamlar təsir edə bilir. Ona görə, məhsul alarkən onun reytinqinə mütləq fikir verin. Ola bilər ki, bəzi adamlar məhsul alarkən razı qalmırlar. Razı qalmamaq məhsulun özündən deyil, çatdırılmasından da ola bilər. Bu səbəblə, reytinqə baxdığınız zaman narazı insanların nədən narazı qaldığına da mütləq fikir verin”.

Onlayn alış-veriş zamanı problemlə qarşılaşan şəxslər bu halda hüquqlarını necə müdafiə edə bilərlər?

Bununla bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 568-ci maddəsinə görə, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur:

“568.2. Alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 589-cu maddəsinə görə, alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.

Əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.

Əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00