​Yəməndə xəstəxanaya endirilən aviazərbə nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

​Yəməndə xəstəxanaya endirilən aviazərbə nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənin şimalında yerləşən Həcca əyalətindəki xəstəxanaya endirdikləri hava zərbələri nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, daha 20 nəfər yaralanıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Yəmənin “Əl-Masira” telekanalı məlumat yayıb.

Ölənlər arasında həkimlər, tibb bacıları və uşaqlar var. Xəstəxana “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatı tərəfindən idarə olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar