1 kq civəni satarkən tutuldu

1 kq civəni satarkən tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daha bir fakt üzrə güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar ediblər.

DGK-nın mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi əvvəlcədən daxil olan məlumat əsasında, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirib.

Əməliyyat nəticəsində, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki “Babək” kafesinin qarşısında Azərbaycan Respublikasının vətəndaşı Kərimov Möhübbət Baxtəvər oğlu ümumi çəkisi 1064,5 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Möhübbət Kərimova civəni satması üçün təhvil verən Azərbaycan Respublikasının vətəndaşı Alıyev Mircəfər Lətif oğluAbşeron rayonu, Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsi, 156 ünvanında yaxalanıb.

Hər iki şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar