1 manata motel satışa çıxarıldı- Azərbaycanda

1 manata motel satışa çıxarıldı- Azərbaycanda
Want create site? Find Free WordPress Themes and plugins.
Şəkinin mərkəzində yerləşən motel cəmi 1 manata satışa çıxarılıb.
A24.Az axar.az-a  istinadən xəbər verir ki, 10 otaqlı motelin dəqiq qiyməti məlum deyil.
Banket zalı, qarşısında dükanlar və bir sıra obyektlər olan motel uzun illərdir istifadədədir. Hazırda sahibi tərəfindən satışa çıxarılan motelin qiyməti barədə əlavə məlumat veriləcəyi bildirilb.
Xatırladaq ki, Azərbaycanda nadir hallarda olsa da, dünyada belə satış praktikasından çox istifadə edilir. Belə ki, milyonlarla dəyəri olan mülk müəyyən dövr ərzində simvolik qiymətə satışa təqdim edilir. Mülkü əldə etmək istəyənlərin (bir şəxs istədiyi qədər sifarişçi ola bilər) sayı mülk sahibini qane edən səviyyəyə çatdıqdan sonra onların arasında onlayn lotereya oynanılır.
Qalib bir manata villaya sahib olur, villa sahibi isə lotereyadan toplanan vəsaitlə mülkünün dəyərini əldə edir.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, İqtisadiyyat, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar