A24 Xeber

1 saylı Körpələr Evinin baş həkimi işdən kənarlaşdırıldı

1 saylı Körpələr Evinin baş həkimi işdən kənarlaşdırıldı
64
08 May 2018 - 12:14

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb. 

A24.Az  BAKU.WS-ə istinadən xəbər verir ki, körpələr evi ətafında yaranan qalmaqallı hadisədən sonra baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Sayt məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Bildiriblər ki, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifəsindən kənar qalacaq.

 Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən qidaların oğurlandığı iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbalarla Prado markalı maşına daşındığı əks olunurdu.
A24.Az 
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00