10 xarici vətəndaş iş adı ilə ölkəyə gətirildi: SAXLANILDILAR

10 xarici vətəndaş iş adı ilə ölkəyə gətirildi: SAXLANILDILAR
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət Miqrasiya Xidməti  (DMX) tərəfindən bir nəfər Mərakeş və bir nəfər Kamerun vətəndaşı saxlanılıb.

A24.Az xəbər verir ki,  Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı səkkiz Nepal vətəndaşı tutulub.

Araşdırma zamanı Mərakeş və Nepal vətəndaşlarının Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub.

Nepal vətəndaşlarına öz həmvətənləri Parajuli Sitaram tərəfindən Azərbaycanda yüksək aylıq əməkhaqqı olan iş vəd edilib, aldadılaraq Azərbaycana gətirilib və sonradan qanunsuz miqranta çevriliblər.

Parajuli Sitaram əvvəllər törətdiyi qanunsuz əməllərə görə DMX tərəfindən ölkə hüdudlarından kənara çıxarılıb.

Bundan əlavə, ölkə ərazisində qanunsuz yaşadığı üçün saxlanılmış Kamerun vətəndaşı Lourile Teneng Meshi Christellenin əvvəllər Azərbaycanda tələbə olduğu müəyyən edilib.

Belə ki, L.T.Meshi Christelleyə əyani təhsil əsasında müvəqqəti yaşama icazəsi verilib, sonradan həmin icazənin ləğv edilməsinə baxmayaraq, o, ölkə ərazisini tərk etməkdən boyun qaçırıb.

Əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar