A24 Xeber

11 əsgəri öldürülən Bəşər Əsəd intiqam andı içdi

11 əsgəri öldürülən Bəşər Əsəd intiqam andı içdi
76
10 Sentyabr 2018 - 9:48

Suriya lideri Bəşər Əsəd YPG terror təşkilatını məhv edəcəyi ilə bağlı intiqam andı içib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Hasekedə baş verən atışmada 11 rejim əsgərlərinin öldürülməsi bölgədə gərginliyin daha da yüksəlməsinə səbəb olub.

Belə ki, terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG Hasekedə Əsəd qüvvələri ilə silahlı qarşıdurma yaşayıb. Atışma zamanı 11 rejim əsgəri, 7 YPG-li terrorçu öldürülüb.

Silahlı qarşıdurma ilə bağlı Şam hökumətindən olduqca sərt açıqlama gəlib. Açıqlamada Bəşər Əsəd YPG-dən 11 əsgərin intiqamını alacağını deyib.

YPG-nin atışmayla əlaqədar üzrxahlıq etdiyini açıqlayan Şam hökuməti YPG-yə lazımı dərsin veriləcəyinə diqqət çəkib.

Qeyd edək ki, son dövrlər Bəşər Əsədlə YPG arasında əlaqələr olduqca gərgindir. Çünki Əsəd rejimi YPG-li terrorçuların işğalı altında olan bölgələri geri qaytarmaq istəyir.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00