11 yaşlı məktəbli aldığı xəsarətdən öldü

11 yaşlı məktəbli aldığı xəsarətdən öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Ağsu rayonunda məktəbli ağır xəsarət nəticəsində ölüb.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlu başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın vəziyyəti ağır olduğu üçün ona ilkin tibbi yardım göstərilib və o təcili olaraq müalicə üçün Bakı şəhərinə göndərilib. Kəndoba kənd orta məktəbinin 5-ci sinif şagirdi olan Əli Əliyev Bakıda xəstəxanada dünyasını dəyişib. Onun hansı səbəbdən travma aldığı məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, uşaq məktəbdə oynayarkən yıxılıb.

Ağsu rayon Prokurorluğundan faktı təsdiqləyiblər. Bildirilib ki, Ə. Əliyev təhsil aldığı məktəbin həyətində futbol oynayarkən yaxılaraq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar