A24 Xeber

120 nəfər yedi-içdi, sonra pul ödəmədən restorandan qaçdı

120 nəfər yedi-içdi, sonra pul ödəmədən restorandan qaçdı
580
04 Mart 2017 - 11:57

İspaniyanın Leon şəhərində iki uşağın xaç suyuna salınma mərasimi ilə bağlı keçirilən qonaqlıqda 120 nəfər rostorandakı izdihama qatılıb, amma hesab ödəmədən oradan qaçıblar.

A24.Az xarici KİV-lərə istinadən xəbər verir ki, uşaqlar üçün tort kəsməyə gedən restoran işçiləri mətbəxə girən kimi 120 nəfər 2 min avro dəyərində hesabı ödəmədən qaçıb.

Restoranın sahibinin verdiyi məlumata görə, Bolqarıstan mənşəli qonaqlar restorana əvvəlcədən 900 avro ödəyib.  Qonaqlığın təşkilində heç bir qüsura yol verilməyib. Tort kəsilənədək hər şey normal görünüb. Xidmətçilər tort kəsmək üçün mətbəxə gedəndə birdən-birə izdiham yaranıb. 120 nəfər qaçıb.

Şahidlərin ifadəsinə görə, qaçanlar lüks avtomobillərə minərək restoranı tərk ediblər.

İndi restoran sahibi ona külli miqdarda maddi ziyan vuran şəxsləri axtarır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00