1,4 milyard dollarlıq “Mardan Palace”ın işçiləri ayağa qalxdı

1,4 milyard dollarlıq “Mardan Palace”ın işçiləri ayağa qalxdı
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyanın ən lüks oteli seçilən və 1,4 milyard dollara başa gələn Antalyadakı “Mardan Palace”ın işçiləri otelin qarşısında etiraz aksiyası keçirib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, otelin iflasa uğramasından sonra işçilər 6 aylıq maaşlarını və təzminatlarını ala bilmirlər. Təxminən 1000 nəfər işçinin alacağı məbləğ isə 16 milyon TL-dir (5.920.000 manat).

Etiraz edən işçilərin adından açıqlama verən Ali Kalander  bildirib ki, 9 ildir oteldə servis müdiri işləyir. 2017-ci ilin 19 dekabr tarixindən otel iflas olub və bütün işçilərin işinə son verilib. Lakin həmin vaxta kimi oteldə işləyən işçilərin 6 aylıq maaşları və təzminatları hələ də ödənməyib.

Ali Kalander “lazımi yerlərə müraciət etdik, lakin heç bir nəticəsi olmadı. Heç kim bizimlə maraqlanmır. Təqribən 1000-ə yaxın işçi pis vəziyyətdə qalıb. Evini, avtomobilini satan yoldaşlarımızın yanında yemək pulu tapmayanlar belə var. Ona görə də dövlətimizin böyüklərindən haqlarımızın verilməsi üçün dəstək gözləyirik” deyə bildirib.

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar