15 ildən sonra İran Suriya kimi olacaq - Müharibə ssenarisi hazırlanır - Politoloqdan ŞOK açıqlama - VİDEO

15 ildən sonra İran Suriya kimi olacaq – Müharibə ssenarisi hazırlanır – Politoloqdan ŞOK açıqlama – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə yayımlanan kanallardan birində dünyada  baş verən siyasi qarşıdurmalar və müharibələr müzakirə edilib. Qəzzadakı qətliamla sözə başlayan aparıcının suallarını politoloq Sait Yılmaz cavablandırıb.

“A24.az” xəbər verir ki, politoloq açıqlamalarında ABŞ-Rusiya gücündən daha çox Rokfiller və Rotşild arasındakı rəqabətdən bəhs edib, açıqlamaları ilə şok effekt yaradıb.

Həmçinin politoloq Amerikanın arxasında dayanan dərin dövlətlərdən və onların planlarından danışıb. Donald Tramp həmin dərin dövlətlərlə mübarizə aparmır, tam əksinə onların arasında bir rol oynayır. Hazırda Trampın arxasında dayanan qlobal sionistlər, digərləri isə onlarla ittifaqda olan generallardır. Bu iki qüvvə İran ssenarisini ortaya salıb. Çünki arxalarında böyük yəhudi lobbisi var.

Sait Yılmaz qeyd edib ki, adı çəkilən dünya liderlərinin dövləti yoxdur. Bu liderlər 1945-ci ilə qədər İngiltərədə idilər, daha sonra Amerikaya keçdilər, Amerikanın hərbi qüvvələrindən istifadə etdilər. Bundan sonrakı planları Çinə getməkdir.

2002-ci ildə Corc Buş hakimiyyətə gələnə kimi bunların bir planı var idi: İrana qədər olan bölgələrdə terror təşkilatları qurulacaqdır, sonra “ərəb baharı” yaşanacaqdı, Türkiyə, Ermənistan və Azərbaycanda dövlət çevrilişləri həyata keçiriləcəkdi. Gürcüstandan Abxaziya qurtulacaqdır, Ukraynadan da rus donanması qovulacaqdı. Bura qədər bütün planlar gözəl getdi. Ancaq bundan sonra Rokfillerlə Rotşildin qrupu arasında anlaşmazlıq yarandı.

Politoloq açıqlamasında bildirib ki, hazırda Trampın arxasında yanan insanların hamısı nazirlər səviyyəsində fəaliyyət göstərir və Rusiya ilə iş birliyi quran adamlardır.

ABŞ-İsrail münasibətlərinə gələndə isə, politoloq İsrailin Rusiya ilə daha güclü ittifaqda olduğunu və onları birləşdirən bağların daha güclü olduğunu qeyd edib.

Sonra Sait Yılmaz dünyada liderlik edənlərin başlıca planından – İran ssenarisindən danışıb: “Hazırda Rusiya, Türkiyə, İraq Rotşildin təsir dairəsindədir. Qarşıdakı dövrlərdə İran müharibəsinin ssenarisi hazırlanır. Ötən ay İranda yaşanan etirazlar da əslində bu “İran müharibə ssenarisi”nin sınağı idi. Əlbəttə, burda qlobal sərmayə və təhlükəsizlik kompleksi silah satışından pul qazanacaq. Qarşıdakı 10-15 il ərzində Suriyadan sonra İran başlıca mövzu olacaq. Burda Türkiyənin rolu çox əhəmiyyətlidir. Əgər Amerikanın hər hansı oyununun aktyoru olsaq Suriya və İraqda, Kürdistanda nə gördüksə – terror qruplaşmaları, parçalanmalar İranda da yaşanacaqdır. Odur ki, Türkiyə başqalarının oyununu deyil, öz oyununun aktyoru olmalı və Amerikanın burdakı tələsinə düşməməlidir”.

“A24.az” türk politoloqun şərhini ətraflı videoda təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar