A24 Xeber

160 evli cütlük kompensasiya almaq üçün boşandı

160 evli cütlük kompensasiya almaq üçün boşandı
765
04 Mart 2017 - 19:46

Çinin şərqindəki Çzyanbey kəndində 160-dan çox evli cütlük yüksək miqdarda kompensasiya almaq üçün boşanmaq qərarına gəlib.

A24.Az “Report”a istinadən xəbər verir ki, onlar evlərinin söküləcəyi təqdirdə külli miqdarda pul vəsaiti almaq məqsədilə bu addımı atıblar.

Məlumata görə, hakimiyyət orqanları Çzyansu vilayətinin Çzyanbey kəndindəki evləri sökərək onun ərazisində texnologiyalarının inkişafı üzrə mərkəzin tikintisini qərara alıb. Nəticədə kənddə yaşayan ailələr bir neçə onillik müddətində Çzyanbeyi tərk etməli olacaqlar. Hökumət onlara 220 kvadratmetr sahəsi olan evlər ayırmağı vəd edib.

Lakin kənd sakinləri müəyyən ediblər ki, əgər evli cütlüklər ayrılsa, onlara əlavə olaraq 70 kvadratmetr daşınmaz əmlak və nağd kompensasiya düşür. Bəzi ər-arvadlar boşanacaqları təqdirdə nikahda olmayan insanlar kimi iki yeni evə və ya əlavə kompensasiya olaraq 19 min dollar ödənişə iddia edə biləcəklərini başa düşüblər.

Bu səbəbdən cütlüklərin əksəriyyəti boşanmağa qərar verib. Lakin onlar hətta boşanmadan sonra da birlikdə yaşamağa hazırlaşır. Çoxları kompensasiya aldıqdan sonra yenidən evlənmək niyyətindədir. Onlardan bəziləri artıq 80 ildən çoxdur evlilik həyatı yaşayırlar.

“China Daily” qəzeti vurğulayıb ki, yerli hüquq şirkəti boşanmalara etdiyi hüquqi köməyə görə daha 2 min dollar gəlir əldə edir. Maraqlı cəhət burasındadır ki, əslində boşanan cütlüklərin əlavə kompensasiya alıb-almayacaqları hələ aydın deyil. Çünki hakimiyyət orqanları qanundakı bu boşluqdan məlumatlıdır. Lakin kompensasiya almaq şərtlərində dəyişikliyin olub-olmayacağı barədə məlumat verilmir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00