A24 Xeber

166 çoxmərtəbəli binada TƏBİİ QAZIN İSTİFADƏSİNƏ BAŞLANILIB

166 çoxmərtəbəli binada TƏBİİ QAZIN İSTİFADƏSİNƏ BAŞLANILIB
34
02 Aprel 2018 - 18:04

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz”dan A24.Az-a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, birlik 2018-ci ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 166 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 7929 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00