17 dollarla milyarder olan 26 yaşlı gəncin hekayəsi- FOTOLAR

17 dollarla milyarder olan 26 yaşlı gəncin hekayəsi- FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Milyarder olmaq demək olar ki, hər kəsin arzusudur. Adama elə gəlir ki, milyarder olmaq üçün çoxlu pul lazımdır. Amma bu imkanlı şəxslərin tərcümeyi-halına baxsaq, onların əksəriyyəti çox kiçik məbləğdə pulla biznes qurmağa başlayıblar.

A24.Az oxuculara cəmi 17 dollarla karyerasına başlayıb, milyarder olan 26 yaşlı Evans Spigelin həyat hekayəsini təqdim edir:

Mobil mesajlaşma tətbiqi  “Snapchat”ın təşkilatçısı “Snap” adlı şirkət səhmini 17 dollardan təqdim edib, şirkətin səhmləri 2 saat sonra 25,75 dollara çataraq  51 faiz bonus qazanıb.

Beləliklə, “Snap”in bazar dəyəri təxminən 36 milyard dollar olub. Bundan sonra  “Snapchat”ın təsisçisi və İcraçı Direktoru Evans  Spigel (Spiegel) 26 yaşında adını gənc milyarderlər siyahısına yazdırıb.  Bəs gənc yaşında milyarder olan Evans Spigel  kimdir? O, milyarder zirvəsinə necə ucalıb?

1990-ci ildə Los Ancelesdə dünyaya gələn, Palisadesta böyüyən 26 yaşlı Evans Spigel atasının yolu ilə gedərək  Stanford Universitetində qeydiyyatdan keçib.

Düzgün universitet seçimi onun həyatında unudulmaz izlər buraxıb.  Çünki gənc milyarder burada tanış olduğu Bobbi Mörfi və Reggie Braun ilə “Snapchat” proqramını yaradıb.

Universitetdə sadəcə olaraq dərs layihəsi kimi istifadəsinə başlanılan  “Snapchat” qısa müddətdə parlamağa başlayıb.  Proqramın böyük potensialının olduğunu görən Spigel 2012-ci ildə layihəsinə daha çox vaxt ayırmaq üçün təhsildən ayrılıb.

Bir tərəfdən “Snapchat” üzərində işləyən Spigel öz xərclərini qarşılamaq üçün “software” istehsalçısı “Intuit” adlı bir firmada işləməyə başlayıb.

Daha sonra Snapchate bütün vaxtını ayırmaq üçün ailəsinin evinə köçən  Spigel Palisadesa geri dönüb. Şirkət öz ofisini açdığı dövrdə belə o,  Palisadesda atası ilə birlikdə yaşayıb.

2014-ci ildə yenidən öz evinə köçən Spigel adını texnologiya dünyasına yavaş-yavaş yazdırmağa başlayıb.

2012-ci ildə 1 milyard dollar ödəyərək  “Instagram” alan və tərkibinə qatan Facebook, 2013-cü ildə Spigelə 3 milyard dollar  pul  təklif edib. Ancaq Spigel  Facebook-un bu  təklifindən imtina edib və proqramı öz vəsaiti hesabına inkişaf etdirməyə başlayıb.

2015-ci ildə Şpigel ilk “Ferrari”sini alıb. Texnologiya xəbərlərinin ulduzu olmağa başlayan Spigel  2016-ci ilə həftəlik olaraq mətbuatın gündəmindən düşmədi.

Aktyor həyat yoldaşı Orlando Bloomdan ayrılan super model Miranda Kerr ilə eşq həyatı yaşamağa başlayır və 2016-ci ildə Miranda Kerr ilə birlikdə yaşamaq üçün 12 milyon dollarlıq malikanə satın alır.

Cütlük iki ay sonra nişanlandığını açıqlayır.

Məşhur model şirkət işçiləri və dostları ilə çoxlu “snap” çəkərək, hesabında bölüşüb. Beləliklə,  Spigel 17 dollarla başladığı karyerasını milyarder kimi davam edir.

Vüsalə Əlövsətqızı, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Texnologiya, Araşdırma, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar