A24 Xeber

17 yaşlı əqli qüsurlu qıza 4 nəfər təcavüz etdi

17 yaşlı əqli qüsurlu qıza 4 nəfər təcavüz etdi
600
07 Mart 2017 - 16:09

Giresunun Bulancan ilçəsində əqli qüsurlu 17 yaşlı qıza 3 il təcavüz etdiyi iddia edilən 4 nəfər saxlanılıb.

A24.Az xəbər verir ki, hadisə qızın dayısı və dayısının həyat yoldaşının onun telefonuna gələn ismarışlardan şübhələnməsi ilə ortaya çıxıb. İddiaya görə, zehni qüsurlu 17 yaşlı orta məktəb şagirdi M.K. 3 il öncə eyni kənddə yaşayan G.A. tərəfindən avtomobildə təcavüzə məruz qalıb.

Daha sonra o, R.A. ad-soyadlı şəxs tərəfindən də zorlanıb. İmtahanlara hazırlaşmaq üçün ailəsinin də razılığı ilə ilçənin mərkəzində N.Y. adlı şəxsin evində qalıb. Bu zaman da gecə vaxtı yatarkən həmin şəxs tərəfindən də təcavüz edilib. Son olaraq isə orta məktəbin nəqliyyat servisində çalışan sürücü İ.B.-nin zorlamasına məruz qalıb. Yeniyetmə qız heç kimin inanmayacağını düşünərək yaşadıqlarını kimsəyə anlatmayıb.

Bir gün qız dayısının evində telefonunu enerji yığması üçün cərəyan mənbəyinə qoşub. Bu zaman telefona gələn ismarışlarla hər şey ortaya çıxıb. Dayısı qızın yaşadıqları ilə bağlı polisə müraciət edib. 38 və 55 yaş arasında olan 4 nəfər polis tərəfindən saxlanılıb.

Məhkəməyə çıxarılan G.A. həbs olunub, R.A., İ.B. və N.Y.-yə xaricə getmək yasağı qoyulub və sərbəst buraxılıblar.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00