180 milyonluq müqavilə RƏSMİLƏŞDİ

180 milyonluq müqavilə RƏSMİLƏŞDİ
Want create site? Find Free WordPress Themes and plugins.
PSJ-nin “Strasburq”u 5:2 hesabı ilə yendiyi matçdan sonra Kilian Mappenin müqaviləsi ilə bağlı ilginc detal üzə çıxıb.
A24.Az xəbər verir ki, həmin detala əsasən Paris klubunun “Monako”ya 180 milyon avro ödəməsi rəsmiləşib.
Belə ki, PSJ UEFA-nın “Maliyyə Fair-Play” qaydalarında ilişməmək üçün “Monako” ilə futbol tarixində görünməmiş müqavilə imzalayıb. Həmin müqavilədəki bir bəndə əsasən Paris təmsilçisi növbəti mövsümdə də Liqa 1-də çıxış edəcəyi halda Mbappe üçün knyazlıq klubuna 180 milyon ödəməlidi.
PSJ-nin Liqa 1-dən düşmək prespektivi onsuz da yox idi. Formallıq xarakteri daşıyan anlaşma “Strasburq”la oyunda rəsmiləşib. Bu komandaya 5:2 hesabı ilə qalib gələn PSJ Liqa 1-dəki yerini riyazi olaraq rəsmən təmin edib. Bununla da Mbappe üçün “Monako”ya 180 milyon ödənilməsi şərti rəsmiləşib. Paris klubu mövsümün sonunda bu transferi rəsmiləşdirəcək və Neymardan (22 milyon avro) sonra futbol tarixinin ən böyük keçidi baş tutacaq.
Qeyd edək ki, Mbappe cari mövsümdə PSJ-nin heyətində 32 rəsmi oyuna çıxıb. Bu matçlarda 15 qola imza atan 19 yaşlı futbolçu 14 məhsuldar ötürmə edib.(Fanat.Az)
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar