19 futbolçu klubdan qovuldu

19 futbolçu klubdan qovuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Portuqaliyanın “Sportinq” klubunda qeyri-adi münaqişə baş verib.

A24.Az  apasport.az-a istinadən xəbər verir ki, Lissabon klubunun prezidenti Bruno de Karvalyo 19 futbolçunu komandadan kənarlaşdırıb.

Belə ki, Avropa Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə görüşündəki 0:2 hesablı məğlubiyyətdən sonra paytaxt təmsilçisinin rəhbəri sosial şəbəkədə oyunçuları sərt tənqid edib. Futbolçular da buna etiraz əlaməti kimi məşqə çıxmaqdan imtina ediblər.

Onlar Karvalyonun bazaya gəlib, onlara izahat verməsi tələbini ortaya qoyub. Prezident isə buna sərt reaksiya verib. O, bütün futbolçuların – 19 oyunçunun cərimələnməsinə və komandadan kənarlaşdırılmasına qərar verib.

Qeyd edək ki, “Sportinq” sabah Portuqaliya çempionatında növbəti oyununu keçirməlidi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar