2 aprel Dünya Autizm Məlumatlandırma Günüdür: AUTİZM XƏSTƏLİK DEYİL FƏRQLİLİKDİR

2 aprel Dünya Autizm Məlumatlandırma Günüdür: AUTİZM XƏSTƏLİK DEYİL FƏRQLİLİKDİR
Want create site? Find Free WordPress Themes and plugins.

Daun kimi aiutizm də xəstəlik deyil, fərqli yaşam tərzidir.
A24.Az xəbər verir ki, 2 aprel dünya autizm məlumatlandırma günü kimi qeyd edilir. Hər ilin bu günü, fərqlilik yaratmaq və bu məsələyə diqqət çəkmək üçün hər bir ölkə hər hansısa bir binasının işıqlarını mavi rənglə işıqlandırır. Məqsəd bu yolda dəstək olduqlarını göstərmək, onlarla birgə olduqlarını göstərmək, cəmiyyətə qazandırmağa çalışmaqdır.

Məlumat üçün bildirək ki, dünya əhalisinin 1 faizi yəni 70 milyon insan autizmli olarq dünyaya gəlir. Qeyri-rəsmi statistikaya görə ölkəmizdə təxmini 4000 yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyata alınmışdır. Ölkəmiz autizm sindromlu uşaqların artımına görə 2014-cü ildə dünya ölkələri sırasında 3-cü yeri tutur. Hesablamalara görə tədricən uşaqlarda aşkar ediləcək autizm xəstəliyi QİÇS,diabet,və xərçəng xəstəliklərinin ümumi sayından çox olacaqdır.

Bu günlə əlaqəli olaraq onu də qeyd edək ki, 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62,139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunub.Bu gün bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki,ölkəmizdə də qeyd edilir. Bu yöndə dəstək olmaq üçün keçirlən “Mavi işıqla işıqlandır” “aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür.Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə çarpan binalarının birini mavi işıqla işıqlandırır.
Bəs autizm nədir?

Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayıimış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum deyil.
Autizmin yaranmasi həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər.

Xəyalə Vaqif, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar