2 bal toplayan, cavabları köçürən, yerinə başqasını göndərən... - Müəllimlərin imtahanında RÜSVAYÇI FAKTLAR

2 bal toplayan, cavabları köçürən, yerinə başqasını göndərən… – Müəllimlərin imtahanında RÜSVAYÇI FAKTLAR
Want create site? Find Free WordPress Themes and plugins.

“Mayın 26-dan Təhsil Nazirliyi orta məktəbdə çalışan müəllimlərin diaqnostik imtahanını keçirir. İmtahan nəticələri təhsilə olan etimadı azaldır”.

“A24.az” xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov müəllimlərin diaqnostik qiymətləndirmə imtahanının ilkin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, mayın 29-da keçirilmiş imtahanlar zamanı qeydə alınan ən aşağı nəticə 2 bal olub.

“55 nəfər 10 baldan aşağı nəticə göstərib. 26-27 mayda keçirilən müəllimlərin diaqnostik imtahanında ibtidai sinif müəllimləri arasında 60 test tapşırığından 4 bal toplayanlar var. Təəssüflə qeyd olunmalıdır ki, imtahan iştirakçıları bir sıra hallarda etimadın zəifləməsi üçün var gücü ilə çalışırlar. 60 balı Bakıdakı orta məktəblərdən birinin riyaziyyat müəllimi toplaya bilib. Yəni 20 min müəllimin içərisində cəmi bir nəfər”.

K.Əsədov müəllimlər tərəfindən imtahan prosesinin pozulması hallarına tez-tez rast gəlindiyini deyib:

“Mayın 29-da keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib. 2 nəfər müəllim qaydaları pozduğu üçün imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Onların hər ikisi qulaqcıqdan istifadə etməklə telefonla danışaraq sualları cavablandırmağa cəhd edib. Onlar Bakı şəhərində yerləşən eyni məktəbin müəllimləridir. Bundan əlavə, bir nəfər gənc xanım öz anasının əvəzinə imtahana girməyə cəhd edib. Bu hərəkətinin səbəbini soruşduqda isə anasının gələ bilmədiyini, onun yerinə səlahiyyətli nümayəndə kimi imtahana qatılmaq istədiyi bildirib. Təbii ki, həmin gənc xanımın “səlahiyyətli nümayəndə” qismində imtahanda iştirakına icazə verilməyib.

İmtahan zamanı iştirakçıların öz aralarında söhbət etməsi, nəzarətçiləri təhqir etməsi, onlara rüşvət təklif etməsi hallarına tez-tez rast gəlinməyə başlanıb.

Bu onu göstərir ki, təhsil sistemində aparılan islahatlara layiq olmayan, təsadüfi şəxslər hələdə orta məktəblərdə çalışır. Onlar müəllimdir, hər addımında nümunə olmalı olan şəxslər, çalışıb qənaətbəxş nəticə əldə etmək yerinə, 17 yaşlı abituriyent kimi qaydaları pozmaqla, hansısa formada və yolla nəyəsə nail olmaq istəyirlər. Biz təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərəmi etibar edirik, ümid edirik?”

 

Publika.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar