2 güləşçisimiz U-23 Avropa çempionatında medal qazandı

2 güləşçisimiz U-23 Avropa çempionatında medal qazandı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

A24.Az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) hərəyə bir görüş, Eltun Vəzirzadə (82 kq) isə 2 görüşü qələbə ilə başa vursa da, 1/4 finalda məğlub olub. Rəqiblərin finala yüksəlməsi ilə güləşçilərimiz təsəlliverici görüşlərə qatılıb. Hər üç güləşçimiz təsəlliverici görüşləri qələbə ilə tamamlayaraq bürünc medal görüşünə haqq qazanıb.

Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) həlledici görüşdə qələbə qazanaraq çempionatın bürünc medalına sahib olub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar