A24 Xeber

2 gün temperatur 7 dərəcə enəcək – Hava xəbərdarlığı

2 gün temperatur 7 dərəcə enəcək – Hava xəbərdarlığı
72
23 May 2018 - 13:39

ETSN rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu mayın 26-27-də tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00