2 həftədir mağarada qalan uşaqların köməyinə İlon Mask gəldi - Yeni sualtı gəmisi ilə - VİDEO

2 həftədir mağarada qalan uşaqların köməyinə İlon Mask gəldi – Yeni sualtı gəmisi ilə – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Dünən Tailandda həftələrlə mağarada köməksiz qalan 13 nəfərin xilasetmə əməliyyatına başlanılıb.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, bütün dünyanın səfərbər olduğu xilasetmə əməliyyatına İlon Maskdan dəstək gəlib.

Dünyaca məşhur raket firması “Space X”in yaradıcısı İlon Mask Tailandda mağarada köməksiz qalan uşaqlara kömək edəcəyini açıqlayıb.

Açıqlamanın ardınca qısa bir müddət ərzində hərəkətə keçən Mask, “Boring Company” və “Space X” ilə birlikdə çalışaraq bir nəfərlik sualtı gəmi istehsalına başlayıb.

Mask sualtı gəminin Falkon raketlərinin maye oksigen balonlarından hazırlandığını bildirib.

Qeyd edək ki, 11-16 yaş arası 12 uşaq və onların 25 yaşlı məşqçisi iyunun 23-də “Tham Luang Nang Non” mağarasına səyahətləri zamanı mağaranın girişi sularla bağlanıb və onlar oarda qalıblar. Dünən başlanan xilasetmə əməliyyatı zamanı 6 nəfər mağaradan çıxarılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar