20 ildən sonra Gürcüstan və Ermənistanın əhalisi azərbaycanlılardan ibarət olacaq - Şok demoqrafik mənzərə

20 ildən sonra Gürcüstan və Ermənistanın əhalisi azərbaycanlılardan ibarət olacaq – Şok demoqrafik mənzərə
Want create site? Find Free WordPress Themes and plugins.

“Biz görməsək də, gələcək nəsillər bunun şahidi olacaq: Cənubi Qafqaz elə azərbaycanlılara qalacaq. Demoqrafiya deyə bir şey var. Danılmaz həqiqətdir. Ermənistanda və Gürcüstanda əhali sürətlə azalır. Ermənistanı birinci növbədə İran azərbaycanlıları dolduracaq. Hansılarda ki, milli kimlik anlayışı daha da artacaq. Gürcüstana gəlincə, o onsuz da bütün inteqrasiya prosseslərinin tərkib hissəsidir. Bu nə işğaldır, nə də təzyiq. Bu tarixi, təbii prossesdir. Gürcüstan da , Ermənistan da ölkə kimi qalacaq, milli dövlət olacaqlar. Amma tərkibi dəyişəcək. Demoqrafiya ilə yanaşı, bu prossesə həm də regional layihələr töhvə verir”.

A24.Az xəbər verir ki, bu fikirləri Seul Universitetinin müəllimi Rövşən İbrahimov öz sosial media hesabında yazıb.

Bəs görəsən gürcü və ermənilərin azərbaycanlılaşması Azərbaycan üçün faydalıdırmı?

Bu barədə sualımızı Erməni Araşdırmaları elmi-tədqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi cavablandırıb. İsmayıl Tanrıverdinin sözlərinə görə, İran azərbaycanlılarının Ermənistana axın etməsi, məskunlaşması və erməni qızları ilə evlənməsi faktı doğrudur.

“Ancaq onların hamısı Ermənistanda demək olar ki “tələyə” düşürlər. Mən 1 videoda gördüm ki, Türkiyəyə iş dalınca gedən erməni qızlarının çoxu türklərlə evlənirlər. Məncə bunun bizə ancaq ziyanı var.  Çünki erməni və gürcüdən olan uşaqlar ən çox ana tərəfə meyilli olurlar. Onlar da gələcəkdə bizə qarşı ola bilərlər. Bu doğrudan da problemli bir məsələdir. Ən problemli məsələ isə odur ki,  1915-ci ildə xəyanətə görə, ermənilər  Türkiyədən köçürülərkən onların  əksəriyyəti ( 200-300 min nəfəri) türklüyü və kürdlüyü qəbul edərək, qonşu ölkədə qalıblar. Onlar indi yenidən baş qaldıraraq erməni olduqlarını və soy köklərinə qayıtmaq istədiklərini bildirirlər. Eləcə də Gürcüstanda 1920- ci ildə 200 minə yaxın ermənini Stalinin tapşırığı ilə Ermənistana köçməyə məcbur edərkən, əksəriyyəti gürcü familiyasını qəbul edərək Tiflisdə qalıblar. Onların da baş qaldırmaq təhlükəsi var”.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar