“20 Yanvar dairəsi” ləğv ediləcək - VİDEO

“20 Yanvar dairəsi” ləğv ediləcək – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Yasamal rayonu ərazisində “Beşmərtəbə” və Nəriman Nərimanov heykəli yaxınlığındakı dairədən sonra Bakıda İnşaatçılar prospektindəki “Statistika” dairəsi də bağlanıb.

A24.Az-ın xezerxeber.az-a istinadla məlumatına görə, keçmiş “Sovetski” ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairədə dəyşikliklər edilib.

Qeyd edək ki, hazırda sözügedən ərazidə layihə üzrə nəzərdə tutulmuş tikinti işləri davam etdirilir. Bakıxanov və İzmir küçələrindən İnşaatçılar prospektinə daxil olan avtonəqliyyat vasitələri isə əvvəlki qaydada hərəkətlərinə davam edə bilərlər. Yaranan vəziyyətdən sürücülər də razıdırlar. Onların sözlərinə görə, dairənin bağlanması pik saatlarda ərazidə yaranan sıxlığın qarşısını alacaq.

Yenidənqurma işləri çərçivəsində yolda bütün infrastruktur da qurulur. Yol cizgi xətləri çəkilib, yeni işıqforlar və bir neçə yerdə nişanlar qoyulub.

“Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, paytaxtdakı dairələrin ləğvi davam edəcək. Növbədə “20 yanvar” kimi tanınan dairədir. İşlərə yaxın vaxtlarda start veriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar