A24 Xeber

2018-ci ilin ən dəbli makiyajı – FOTOLAR

2018-ci ilin ən dəbli makiyajı – FOTOLAR
91
18 May 2018 - 13:14

2018-ci ilin makiaj trendləri və məhsulları məlum olub. Modanın yeni gündəmi makiyajda canlı rənglər, bu yazın əsas trendi isə sadə və aydın görünüşdür. Beləliklə, A24.Az sizə 2018-ci ilin make up trendini təqdim edir:

Sadəlik və Parlaqlıq 

Bu il yanaqda allıqlar dəbdədir. Üzünüzn parlaq olmasından heç də narahat olmayın. Keçən il böyük həvəslə istifadə etdiyiniz və sizi yorğun göstərən korrektorları rəflərə qoymağın zamanı gəlib. Əksinə dərinizə parlaqlıq verən məhsullardan istifadə edin.

 

Rəngli dodaqlar 

Sadə və parlaq makiyajı üzə çıxarmaq üçün rəngarəng dodaq boyalarından istifadə edin. Nar çiçəyi, narıncı, bənövşəyi, çəhrayı tonları istifadə etməkdən çəkinməyin. Bu yayın ən trend rəngi narıncı ilə qırmızının qarışımıdır. Bu rəng günəş şüalarından təsirlənmiş dərinizlə bütünləşəcək.

 

Bol-bol allıq 

Korrektor modasının ötən ildə qalması ilə bu il yanaqda allıqlar dəbə düşür. Bahar rəngli allıqlar almacıq sümüyünüzü daha da ortaya çıxaracaq. Allıqlardan istifadə etməklə parlayan dərinizi tamamlaya bilərsiniz.

 

Modern gözlər

Bu il gözlərdə qrafik xəttlər,fosforlu tenlər dəbdədir. Sadə görünüşünüzü fosforlu tenlər tamamlayır. Hədəsi xətlərlə çəkilən layner gözlərinizi daha da qabarıq edəcək.

 

 

Kövrək kipriklər 

Bu il 60-cı illərin dəbi geri qayıdır desək yanılmarıq. Ötən illərin dəbi kipriklərdə özünü göstərəcək. Bol istifadə edilən tuşlar və bir-biridən tək-tək ayrılan kipriklər gözlərinizi ön plana çıxaracaq.

 

Nərmin Kərim, A24.Az 

 

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00