2018-də Prezidentdən ən yüksək əfv fərmanı- "Qızıl amnistiya"

2018-də Prezidentdən ən yüksək əfv fərmanı- “Qızıl amnistiya”
Want create site? Find Free WordPress Themes and plugins.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı bu haqda məlumat verib.

M.İbrahimqızı deyib ki, bu il imzalanacaq əfv fərmanı ilə daha çox məhbusun azadlığa qovuşacağı nəzərdə tutulur:

“Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası uzun illərdən bəri fəaliyyət göstərir. Bu komissiya daim çalışır, müraciətlərə baxır və sairə. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da cəzasını çəkən məhbuslara qarşı hümanizmin tərəfdarı olub. Ona görə də zaman-zaman yüzlərlə insan əfv edilib. Hazırda da Prezident yanında Əfv Məsələləri Komissiyası müraciətlərə baxır və müvafiq işlər aparılır. Cəzaların hümanistləşdirilməsi ilə bağlı ölkə başçısının qəbul etdiyi qərarı nəzərə alsaq, o zaman bu il imzalanacaq əfv fərmanının daha çox məhbusa şamil olunacağını söyləmək olar. Ancaq əfv fərmanının dəqiq vaxtını söyləyə bilmərəm. Bu cənab Prezidentimizin bilavasitə səlahiyyətlərinə aid olan məsələdir. Ancaq dövlət başçısı hər zaman olduğu kimi, bu il də ailələri sevindirəcək qərara imza atacaq”.

Deputat xatırladıb ki, 2017-ci ilin fevralında ölkə Prezidenti tərəfindən cəzaların hümanistləşməsi ilə bağlı çox mühüm qərar qəbul edilib:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bütün maddələri də dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq təkmilləşdirilir. Təbii ki, bütün bunlar əfv olunan insanlara şamil edilir. Yəqin ki, bu il də cənab Prezident tərəfindən növbəti əfv fərmanının imzalanması gözlənilir. İnşallah bu il daha çox məhbus Prezidentin imzaladığı qərardan faydalanacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar