2018-in ilk ayında inflyasiyada artım var

2018-in ilk ayında inflyasiyada artım var
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri ötən ilin yanvar ayına nisbətən 5,5 %, o cümlədən ərzaq məhsulları 6,9%, qeyri-ərzaq malları 5,1%, əhaliyə göstərilən ödənişli xidmətlər 3,9% bahalaşıb.

A24.Az xəbər verir ki, cari ilin yanvarında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8% azalıb. Nəticədə, istehlak məhsulları və xidmətlərin ümumi indeksi 100% səviyyəsində olub.

Qeyd edək ki, 2017-ci ildə istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4%, qeyri-ərzaq mallarının qiymətləri 11,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3% artıb.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 %, qeyri-ərzaq mallarının qiymətləri 0,2% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.// REPORT

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar