2026 futbol üzrə XXIII dünya çempionatına 3 ölkə birdən ev sahibliyi edəcək

2026 futbol üzrə XXIII dünya çempionatına 3 ölkə birdən ev sahibliyi edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

2026-cı ildə futbol üzrə XXIII dünya çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.

A24.Az xəbər verir ki, bu barədə qərar iyunun 13-də FIFA-nın Moskvada keçirilən 68-ci yığıncağında qəbul olunub.

XXIII dünya çempionatına ev sahibliyinə Kanada-ABŞ-Meksika üçlüyü ilə yanaşı, Mərakeş də mübarizə aparıb.

Qərarı FIFA prezidenti Canni İnfantino açıqlayıb. O bildirib ki, səsvermə nəticəsində 134 nəfər Kanada-ABŞ-Meksika üçlüyünə, 65 nəfər isə Mərakeşə səs verib. Bir nəfər bitərəf qalıb.

Qeyd edək ki, FIFA-nın qəbul etdiyi dəyişikliklərə əsasən, 2026-cı ildə təşkil olunacaq dünya çempionatında 48 komanda mübarizə aparacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar