A24 Xeber

Mercedes Fetteli transfer edir?

Mercedes Fetteli transfer edir?
539
22 Mart 2017 - 22:37

Mercedes Motorsport-un rəhbəri Toto Volff etiraf edib ki, 2018-ci il üçün Sebastyan Fettellə maraqlanırlar, amma hələ dəqiq söz demək üçün tezdir.

“A24.az” xatırladır ki, Niko Rosberq keçən il Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra istefa vermiş və Mercedes onun əvəzinə Williams komandasından Valtteri Bottası transfer etmişdi.

Finlandiyalı sürücü Formula1-də 5-ci mövsümünü keçirəcək və indiyə kimi bütün komanda yoldaşlarını xal hesabında qabaqlasa da, qələbə qazana bilməyib. Mercedes komandası 27 yaşlı sürücü ilə birillik müqavilə bağlayıb və onun performansına görə müqavilənin uzadılıb-uzadılmayacağına qərar verəcəklər.

Fettelin Ferrari komandası ilə və Alonsonun McLaren komandası ilə olan müqavilələri mövsümün sonunda bitir və Bottas özünü göstərə bilməsə, Mercedes ilin sonunda bu iki sürücüdən birini transfer edə bilər.

Toto Volff: “2018-ci il üçün maraqlı seçimlər var. Amma hazırda Bottası hazırlamalıyıq. Fettellə yaxşı münasibətim var və komandaya tez uyğunlaşacaq, amma Sebastyan hazırkı komandasına qarşı sadiqdir. Niko istefa verdikdən sonra bizim komandaya maraq göstərən sürücülər arasında o yox idi. Sadəcə bu işə təəccübləndi. Ferrari-yə fokuslanmağı seçdi. Görək gələcəkdə nə olur, amma Sebastyanı siyahıya almamaq axmaqlıq olar. Fettel və Mercedes dueti qulağa xoş gəlir. Amma hazırda bunun çox önəmi yoxdur. Mənim üçün əsas Valtteri-Lyuis cütünün yaxşı işləməsidir”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00