240 min müəllimin maaşı artdı-Prezidetin sərəncamı kimlərə aiddir?

240 min müəllimin maaşı artdı-Prezidetin sərəncamı kimlərə aiddir?
Want create site? Find Free WordPress Themes and plugins.

 Təhsil Nazirliyi Prezidentin sərəncamı ilə əmək haqları artırılacaq təhsil işçilərinin sayını açıqlayıb. 

A24.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncamı orta hesabla 240 min təhsil işçisinə şamil edilir.

Qeyd edək ki, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Xatırladaq ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirilmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar