25 ildir görməyən afrikalının gözünü açan azərbaycanlı həkimlə müsahibə: "Hisslərimi sözlə ifadə edə bilmirəm" - FOTOLAR

25 ildir görməyən afrikalının gözünü açan azərbaycanlı həkimlə müsahibə: “Hisslərimi sözlə ifadə edə bilmirəm” – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə gün bundan qabaq, bütün Türkiyə, daha sonra dünya bu azərbaycanlı xanım göz həkimindən yazdı. O, Afrikada  25 ildir ki, dünya işığına həsrət qalmış qadının gözlərinə nur bəxş etdi.

A24.Az  faktor.az-a istinadən oftalmoloq Mehriban Əlizadə ilə müsahibəni təqdim edir:

Adı tibb dünyasında geniş  əks-səda doğuran Mehriban xanımla söhbətə özü haqqında sualla başladıq:

– 1 iyun 1986-cı ildə Bakıda anadan olmuşam. Xətai rayonundan yerləşən 59 saylı orta məktəbdə təhsil almışam, 2004-cü ildə Tibb Universitetinin Pediatriya ixtisasına qəbul olub, 2010-cu ildə məzun  olmuşam, 2010-11-ci illərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində internatura keçmişəm. Bir il sonra Türkiyədə “Haydarpaşa Elmi tədqiqat Xəstəxanası”nda göz uzmanlığını qazandım. 2017-ci ildə göz  uzmanı oldum. Sonra isə Bakıda müxtəlif  hospitallarda  işləməyə başladım.

– Türkiyədən söz düşmüşkən, Afrikaya getmək ideyası necə yarandı?

– Türkiyədə təhsil alanda bizim bir asistanımız vardı, o Afrikaya getmişdi. Afrikaya getmək, yardım etmək Türiyədə  çox geniş yayılıb. Orda insanlar  çox acınacaqlı vəziyyərdə yaşayırlar. Düşünün ki, yeməkləri  yoxdur, içməyə suları yoxdur.  Əyin – baş almağa maddi durumları  imkan vermir. Onda görüntüləri görüb, çox təsirlənmişdim,   könüllülər dərnəyində qeydiyyatdan keçdim və  iynunun sonunda qeydiyyatla bağlı sorğu  yolladılar ki, getmək istəyirsinizmi? Mən də  həmin an razılaşdım və  o dərnəyin xətti ilə Nigerə getdik.

– Nigerdə sizi nə gözləyirdi?

– Əvvəlcə, deyim  ki, Niger də müsəlman  ölkəsidir, əhalinin ən ac  olduğu yerlərdən biridir. Yeməkdən danışmağa dəyməz, su isə biz gedəndə yağış yağırdı deyə, qismən vardı. Amma quraqlıq dönəmində ümumən su olmur.

Onlar nə yeyirlər? Bu haqda deyim: Bir uşaq vardı, anası gətirmişdi. Soruşdum  ki, nə vaxt yemək vermisən:

– Dedi ki, dünən.

– Dedim nə yeyib?

– Dedi ki, limon suyu damızdırmışam.

Təsəvvür edin, qadının özünün yeməyə bir şeyi yoxdur  ki, uşağına da süd verə bilsin. Bəzən elə uşaqlar gətirirdilər ki…

Deyirdilər, get bax gör yaşayırmı, yaşamırmı? Biz göz  həkimi  kimi işimizdən danışaq.

Orda o qədər katarakta –  mirvari suyu xəstəsi var  ki, biz  onları müayinə etdik, əməliyyat etdik, dərman verdik. Xəstələrin  çoxu günəşin altında 3-4 günlük məsafədən gəlir.

Çünki biz Ageya bölgəsinə getmişdik. Orda demək  olar  ki, göz həkimi  yoxdur.

Könüllülər ora ildə iki dəfə gedirlər. Biz gedəndə  xəstələr  gəldi, üç gün çöldə, günün altında  növbələrini  gözlədilər. Onlara da yeməklər verdi  dərnəyimiz…

Nigerdə ikiaylıq uşaqda belə  katarakta var. Yüksək istinin, qızmar günəşin təsirindən və  qidalanmadan körpələr bu gündədir, metobolizma  pozulur  və onlarda  katarakta yaranır. İnsanlar bu dərəcədə faciəvi gündədirlər. Onlardakı  katarakata da  gördüyümüz kimi deyil, ağappaq olur. Bu cür insan ancaq ağ işıq görə bilər, dünyanı deyil.

– Bəs, müalicə etdiyiniz adaların sonrakı taleyi necə  olur?

– Təbii ki, xəstəni müayinə edirik, əməliyyatdan sonra da nəzarətdə saxlayırıq, bir də 6 ay sonra gəlir. Başqa  bir  poblem yaranarsa, o xəstələri orda saxlayıb müalicə edirik. Bədxassəli şişləri olanlar var, elələrini  yerli idaretmə orqanları  icazə vermir müalicə edək, əvəzinə maddi yardım edilir. Payaxta göndərilir. Biz də dərnək olaraq bir neçəsini o cür  yolladıq.

– Sizin özünüzün hansı spesifik  probleminiz yarandı?

– İlk problem təyyarədə  yarandı.  6 saat müddətinə uçuş vaxtıdır. Daha sonra paytaxta endikdən sonra  15  saat avtobusla yol getdik. Yolboyunca heç bir  şərait  yoxdur, yeməkləri özümüz götürdük. Nigerdə istidir, xəstəlik – malyariya riski üst həddə, ağcaqanadların sayəsində komandamızda xeyli adam malyariya  oldu.

Özüm də bir gün xəstələndim: Qusma, ihsal, 3 sistem qoşuldu. Güclə özümə gəldim. Həkimlər, köməkçilər xəstələndi. Hamımız üçün həyati risk yarandı. Bəzi dönəmlərdə su problemi oldu, düzdür, yemək problemi olmadı.

– 25 yaşında bir qadına həyat nuru bəxş etdiniz, bu, necə baş verdi?

– Dediyim  kimi, Nigerdə yemək yoxdur, buğdaya oxşar Milet adlı bitki  əkirlər –  ondan sıyıq hazırlayırlar.

Çox insan ömür boyu ancaq bununla qidalanır. Başqa heş nə  yoxdur. Ona  görə də, bunalarda maddələr mübadiləsi  pozulur. Bu, baş verəndə mirvari suyu  əmələ gəlir. Bu qadında doğuşdan mirvari suyu vardı. O öz uşağını müayinəyə gətirmişdi. Müayindən sonra  gördüm uşağına normal insan  kimi baxmır. Bəbəyində uzaqdan ağ rəng gördüm. Müayinə etdim, gördüm kataraktı var.

Dedi, uşaqlıqdan bu cür imiş. Yəni, qadın əslində görməməyə alışıb. Əməliyyat etdik, iki uşaq anası  idi, uşaqlarını, yoldaşını heç bir vaxt görməmişdi. İnanın, o hissi yaşamaq danışmaq qədər deyil.

Nigerdə körpə uşaqların gözü görmür, amma Niger  hökuməti buynuz qişanın müalicəsini qanunla qadağan edir.

– Müsahibimiz son olaraq deyir:

– Orda elə gözəl anlar yaşadım, sözlər  ifadə etməz. Doğrudan da kiməsə bir faydamız toxunursa, bundan gözəl nəsə ola bilməz. İnsan düşünür ki, bəzən başqasına yaxşılıq edirəm, amma yox, özünə edirsən.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar