Azərbaycanda QİÇS -ə yoluxanların sayı açıqlandı

Azərbaycanda QİÇS -ə yoluxanların sayı açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Hazırda Azərbaycanda  qeydə alınmış  HİV-ə yoluxmuş insanların sayı 570 nəfər təşkil edir.  

A24.Az xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Natiq Zülfüqarov “VİÇ-ə yoluxmuş insanlara qarşı diskriminasiya ilə mübarizədə KİV-in rolu” mövzulu tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, yoluxmuş insanlardan 559-u Azərbaycan vətəndaşı, 11-i ölkədə yaşayan xarici vətəndaşlardır.

“Qeydiyyata alınmış 559 Azərbaycan vətəndaşından 354-ü kişi, 205-i qadındır. Bizim ölkədə insanlar daha çox cinsi yolla QİÇS-ə yoluxur, bu demək olar ki, yoluxma hallarının 58 faizini təşkil edir” deyə Zülfüqarov bildirib.

Şöbə müdiri eyni zamanda Azərbaycanda ilk QİÇS-ə yoluxma halının 1987-ci ildə qeydə alındığını xatırladıb.

“1987-ci ildən bu günə kimi bu xəstəlik 877 nəfərin həyatına son qoyub” deyə həkim bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar