A24 Xeber

28 mayda Bakıda hərbi parad keçiriləcək? – AÇIQLAMA

28 mayda Bakıda hərbi parad keçiriləcək? – AÇIQLAMA
1. 063
27 May 2018 - 21:23

Bəzi xəbər portallarında mayın 28-də Bakıda hərbi parad keçirilməsi ilə bağlı video materiallar paylaşılıb.

A24.Az xəbər verir ki, hərbi ekspert Rəşad Süleymanov məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşüb.

“Dostlar 28 may tarixində Bakı şəhərində hərbi parad keçiriləcəyi barədə məlumat doğru deyil. Saytların yaydıqları video görüntülər də 2013-cü ildə çəkilib. Paradda keçid edəcək hərbi texnikanın kamuflyajı dəyişib, yeni rəngə boyanıb. Videodakı kimi deyil. Üstəlik, bu paradda tankların və digər tırtıllı hərbi texnikanın qoşqu üzərində daşınması nəzərdə tutulur”, – deyə hərbi ekspert qeyd edib.

Orxan Aslanlı // A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00