28 nəfərin imtahan nəticələri ləğv edildi

28 nəfərin imtahan nəticələri ləğv edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında iştirak üçün 33 139 abituriyent sənəd verib.

DİM-dən A24.Az-a verilən məlumata görə, onlardan 648 nəfəri imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 2 abituriyent (İsmayıllı şəhəri, 6 saylı tam orta məktəb və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), IV ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Qeyd edək ki, DİM I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini bu gün elan edib. İmtahan nəticələri Mərkəzin saytında yerləşdirilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar