A24 Xeber

28 yaşlı gənc məktub yazaraq intihara cəhd etdi – Təfərrüat

28 yaşlı gənc məktub yazaraq intihara cəhd etdi – Təfərrüat
55
08 İyun 2018 - 12:19

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində 28 yaşlı gənc intihara cəhd göstərib.

“A24.az” xəbər verir ki, baş vermiş intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, 28 yaşlı Vüsal Həsənov yaşadığı evdə tək olan zaman məktub yazaraq kəndiri boğazına keçirib və özünü asmaq istəyib. Məlumata görə, V.Həsənov yazdığı məktubda mülk məsələsinə görə intihar etdiyini qeyd edib.

V.Həsənovun həyat yoldaşı evə gələn zaman onu tavandan asılı vəziyyətdə görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb və yaxınlıqdakılar səsə gələrək V.Həsənovu kəndirdən endiriblər. Onun hələ həyatda olduğunu görüb dərhal xəstəxanaya aparıblar.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00