3 milyon imtahan sualı hazırlamaq üçün 3 həftə "həbs" yaşayırlar – VİDEO

3 milyon imtahan sualı hazırlamaq üçün 3 həftə “həbs” yaşayırlar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Anadolu Universiteti “Açıköğretim” fakultəsində 3 milyon tələbə təhsil alır. Tələbələr 26-27 may tarixində sonuncu imtahanlarını veriblər. 2,7 milyon sual kitabçasının hazırlanması üçün 105 müəllim 3 həftə “həbs” həyatı yaşayır. Sualların hazırlandığı zaman telefon qadağan olunduğu üçün doğum və ölüm xəbərini də müdir verir.

“A24.az” bildirir ki, bu universitet oxuma imkanı olmayan, ailəsi oxutmayan, təhsil almaqdan doymayanların ünvanıdır. Anadolu Universitetinin təkcə Açıköğretim Fakultəsində qeydiyyata alınan 3 milyon 200 min tələbə var. Bu rəqəm Universitetdə təhsil alan 7 milyon 560 min 371 tələbənin, demək olar ki, yarısı qədərdir. Tələbələr arasında evdar qadın, təqaüdçü, millət vəkili olanlar da var.

2 milyon tələbə isə passivdir, yəni qeydiyyatını yeniləməyib təhsilinə fasilə verənlərdir. Bu tələbələr istədikləri vaxt təhsilini davam etdirə bilir, çünki burda universitetdən qovulmaq yoxdur.

Beləliklə, bu ilin 26-27 may tarixində Açıköğretim fakultəsinin tələbələri sonuncu imtahanlarını verib. Bəs bu qədər tələbəsi olan fakultənin imtahan sualları necə hazırlanır? Fakultə ilk dəfə qapılarını “Hüriyyet” üçün açıb.

İmtahan üçün bütün universitetlərin müəllimlərindən suallar tələb edilir. 5 mindən çox sual hazırlayanlar da olur. Suallar isə bağlı zərfin içərisinə CD formasında təslim edilir. Açılmış zərflər atılır. Bütün bunları isə fakultənin 8-ci mərtəbəsində yerləşən Test Araşdırma Qurumu (TAB) həyata keçirir. TAB-da müxtəlif bankların və nazirliklərin imtahan sualları da hazırlanır. 60 nəfərin işlədiyi TAB-a təhlükəsizlik xidmətindən başqa kimsə daxil ola bilmir. TAB-a giriş-çıxış kartladır. Sual ktabçalarını qurumun müdiri və iki köməkçisi yaddaş kartı ilə mətbəəyə təslim edir.

Mətbəədə 24 saat  286 ədəd təhlükəsizlik kamerası işləyir. Əvvəllər doberman itləri burda növbə tutarmış. Binada həmçinin yataqxana, yeməkxana, duş kimi insanın yaşaması üçün lazımi şərait var. Çünki sınaqlardan 3 həftə əvvəl 105 nəfərdən ibarət qrup kampa daxil olur. Bunlar isə universitetdə işləyən işçilər və məmurlardır. Burada teefon və kompüter qadağandır. Eyni zamanda ailələrlə görüşmək də… Özləri ilə sadəcə paltar gətirə bilirlər. İstirahət edərkən televizora baxırlar. İçəridə olan şəxslərə doğum və ya ölüm xəbərini müdir verir. Çıxılmaz hal yarananda xəstəxanaya təhlükəsizlik qrupu ilə birlikdə aparılırlar. Tək adamlıq otaqda heç kimlə görüşmədən müalicə olunurlar. Kimisə vəfat etdikdə (ailəsi xaric) dəfninə belə gedə bilmirlər.

Yalnız sonuncu imtahan başladıqdan 15 dəqiqə sonra işçi qrup azadlığa qovuşur. Övladları, xanımları, yaxınları qapı açılar açılmaz həsrətlə qucaqlaşırlar.

Əslində bu könüllü işdir və bunun üçün yüksək maaş da almırlar.

 

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Təhsil, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar